IMG-LOGO

Ukraynanın Bryanska zərbəsi nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb

31 Mar 2026 17:56 4 baxış
IMG

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətinin Suzemka rayon mərkəzinə "Vampir" reaktiv mərmiləri ilə hücum edib.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə regionun qubernatoru Aleksandr Boqomaz məlumat verib.

Onun sözlərinə görə, zərbə nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb.

A.Boqomaz qeyd edib ki, mərmilər Çexiya istehsallıdır.

Xəbər lenti