Slovakiyanın Bakıdakı səfirliyi 1918-ci ilin mart ayında Azərbaycanda baş verən faciəvi hadisələrin qurbanlarının xatirəsini yad edib.
"Report"un məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Bu gün biz 1918-ci il martın 31-də Azərbaycanda baş verən faciəvi hadisələrin qurbanlarının xatirəsini yad edirik. Onların xatirəsinin anılması bizə regionda barışığın, hörmət və möhkəm sülhün vacibliyini xatırladır", - paylaşımda qeyd olunub.