IMG-LOGO

İspaniya ABŞ və İsrail təyyarələri üçün öz hava məkanını bağlayıb

30 Mar 2026 11:14 4 baxış
IMG

İspaniya öz hava məkanını ABŞ və İsrailin İrana qarşı əməliyyatlarında iştirak edən təyyarələr üçün bağlayıb.

Bu barədə "Report" İspaniya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Madrid əməliyyatda iştirak edən qırıcı və yanacaqdoldurma təyyarələri üçün "Rota" (Kadis əyaləti) və "Moron-de-la-Frontera" (Sevilya) aviabazalarından istifadəni qadağan edib.

Bundan başqa, məhdudiyyətlər üçüncü ölkələrdəki, o cümlədən Böyük Britaniya və Fransadakı ABŞ təyyarələrinə də şamil edilir. Bu təyyarələrə də İspaniyanın hava məkanından keçmək qadağan edilib.

Lakin fövqəladə hallarda onların uçuşuna və ya enişinə icazə verilə bilər.

Xəbər lenti