IMG-LOGO

454 nəfər subasan yerlərdən xilas olundu - VİDEO

30 Mar 2026 11:25 3 baxış
IMG
0 0

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gün və gecə ərzində fasiləsiz olaraq davam etdirilib.

Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində 75-i azyaşlı olmaqla ümumilikdə 454 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN- in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir.

Hadisələr subasma yerləri FHN xilasetmə

Xəbər lenti