IMG-LOGO

Tramp: İran ABŞ-nin əksər tələblərini yerinə yetirməyə hazırdır

30 Mar 2026 08:25 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun əksər tələblərini yerinə yetirməyə hazır olduğunu açıqlayıb.

"Report"un məlumatına görə, o, bu barədə Vest-Palm-Biçdən Vaşinqtona gedən təyyarədə jurnalistlərə bildirib.

"Onlar əksər maddələr üzrə bizə güzəştə getdilər. Bunu niyə etməsinlər?" - o deyib.

Trampın sözlərinə görə, Tehran ABŞ-nin təklif etdiyi 15 bəndlik planın böyük hissəsi ilə razıdır. "Onlardan daha bir neçə şey istəyəcəyik", - o əlavə edib.

ABŞ lideri həmçinin İranla tez bir zamanda razılaşmanın mümkünlüyünə əminliyini ifadə edib.

"Güman edirəm ki, İranla razılaşma olacaq. Bu, tezliklə baş verə bilər", - o qeyd edib.

Bununla yanaşı, Tramp razılaşmanın baş tuta bilməyəcəyi ehtimalını də güman edir.

ABŞ Prezidenti İranda faktiki rejim dəyişikliyinin baş verdiyini bildirib. "Mən bunu rejim dəyişikliyi hesab edərdim. Açığı, onlar çox ağıllı davranırlar", - o vurğulayıb.

Xəbər lenti