Kubada 100 000-dən çox insan enerji böhranı səbəbindən xəstəxanalarda əməliyyat gözləyir.
"Report"un məlumatına görə, Kuba Baş nazirinin müavini, xarici ticarət və investisiya naziri Oskar Peres-Oliva bunu Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovla görüşündə açıqlayıb.
"Yüz mindən çox insan əməliyyat üçün növbədə gözləyir. Onların 11 000-dən çoxu uşaqdır", - o deyib.
Perez-Oliva enerji böhranının Kuba həyatının bütün sahələrinə təsir etdiyini qeyd edib.
ABŞ Prezidenti Donald Tramp martın 5-də bildirib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamaq niyyətindədir. O, əvvəllər dəfələrlə Venesuelanın ABŞ-nin təzyiqi altında ada ölkəsinə neft tədarükünü dayandırmasından sonra Kuba hökumətinin və iqtisadiyyatının çökməyə yaxın olduğunu iddia edib. Fevralın 27-də Amerika lideri bildirib ki, ABŞ Kuba üzərində dostcasına nəzarət qura biləcək.