IMG-LOGO

Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır-YENİLƏNİB

29 Mar 2026 16:16 2 baxış
IMG
2 0

Xalq artisti, aktyor Rasim Balayevin cənazəsi İstanbuldan yola salınır.

Lent.az APA-ya istinadən xəbər verir ki, cənazə xəstəxanadan çıxarılıb, məscidə aparılıb lazımı prosedur qaydalar icra edildikdən sonra təyyarə ilə Bakıya yola salınacaq.

Mərhumun cənazəsinin bu gün gecə saatlarına yaxın Bakıya çatdırılması gözlənilir.

***

saat 15.16

Xalq artisti, aktyor Rasim Balayevin cənazəsinin Azərbaycana göndərilməsi üçün İstanbuldakı Baş Konsulluq tərəfindən iş aparılır.

Lent.az xəbər verir ki, bu barədə APA-nın Türkiyə bürosuna Baş Konsulluqdan məlumat verilib.

Bildirilib ki, cənazənin bu gün Bakıya göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Xalq artistinin oğlu da İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasındadır.

Rasim Balayev bu gün İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasında vəfat edib.

Rasim Balayev

Xəbər lenti