IMG-LOGO

Yaponiya ordusu informasiya müharibəsi üçün xüsusi bölmələr yaradıb

29 Mar 2026 08:34 4 baxış
IMG

Yaponiya Silahlı Qüvvələrində informasiya müharibəsi aparmaq üçün məsul olan xüsusi qüvvələr yaradılıb.

"Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, yeni strukturlar ölkənin dəniz və quru qüvvələri daxilində yaradılıb.

Onların əsas vəzifələri kibertəhlükəsizliyi təmin etmək və yalan məlumatların yayılmasının qarşısını almaq olacaq. Agentliyin məlumatına görə, təkcə Hərbi Dəniz Qüvvələrində belə bir bölmənin sayı 3,2 min nəfər olacaq.

Eyni zamanda, bu yay fəaliyyətə başlayacaq Yaponiya Milli Kəşfiyyat Agentliyi sosial mediada dezinformasiya ilə mübarizə aparmaq üçün xüsusi bir şöbə yaradacaq.

"Kyodo" agentliyinin məlumatına görə, onun fəaliyyəti əsasən xarici qüvvələrin ictimai rəyə təsir etmək və seçki nəticələrinə təsir göstərmək cəhdlərinin qarşısını almağa yönələcək.

Xəbər lenti