IMG-LOGO

İsrail Səfirliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

20 Mar 2026 10:06 4 baxış
IMG

İsrailin Bakıdakı səfirliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, təbrik "X" sosial şəbəkəsində dərc olunub.

"Azərbaycan xalqını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq. Qoy bu müqəddəs bayram sülh, rifah və birlik gətirsin, həmçinin insanlar arasında mərhəmət, səxavət və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə versin", - məlumatda deyilir.

Diplomatik nümayəndəlikdə Ramazan bayramının mənəvi dəyərlərinin Azərbaycan və İsrail xalqları arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid ifadə olunub.

"Sizə dərin hörmətimizi ifadə edir, mübarək və dinc Ramazan bayramı arzulayırıq", - qeyd edilib.

Xəbər lenti