Gedib orada işləyəcək, torpaqlarımızı dirçəldəcəyik.
"Report" xəbər verir ki, bunu Xocavənd şəhərinə köç edən keçmiş məcburi köçkün Rüstəm Talıbov jurnalistlərə açıqlamasında deyib.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Prezidentimizin canı sağ olsun", - deyə bildirən keçmiş məcburi köçkün sevincini onlara borclu olduqlarını vurğulayıb.
"Xocavəndin mərkəzində, inşallah, evimiz olacaq. Yurd-yuvamıza qayıtmağın sevincini yaşayırıq. Gedib orada işləyəcək, torpaqlarımızı dirçəldəcəyik", - R. Talıbov bildirib.