IMG-LOGO

Masazırda qazı olmayan binada işıqlar da söndü - Sakinlər soyuqdan donur

21 Jan 2026 13:00 4 baxış
IMG
2 0

Dünəndən Masazırdakı binalardan birində sakinlər işıqsız qalıb. Problem də odur ki, həmin MTK-da qaz olmadığından mənzillərin istiliyi elektriklə təmin olunur.

Məsələ ilə bağlı Lent.az-a müraciət edən sakinlər bildiriblər ki, dünən günorta saat 14:15-dən bəri Masazırda, Səyavuş Aslan küçəsi 1-dəki MTK-da işıqlar sönüb.

Elektrik enerjisinin kəsilməsinə səbəb olaraq isə MTK rəhbərliyi isə transformatorun sıradan çıxmasını göstərirlər. “Azərişıq”ın qaynar xəttindən briqada göndəririk deyilsə də, daha sonra səs-soraq çıxmayıb.

Lent.az-ın sorğusuna “Azərişıq”dan bildirildi ki, həmin binanın transformatoru MTK-nın öz öhdəliyindədir:

“O bina tam hazır hesab edilmir, yəni sakinlərin istifadəsinə verilməyib. Buna görə də çox insan oradan köçürülüb. Yəni hazırda orada yaşayışın olması belə qanuni deyil. Məsələnin “Azərişıq”a heç bir aidiyyatı yoxdur”.

Masazır işıq problemi MTK

Xəbər lenti