IMG-LOGO

İran Bəhreyndəki mayeləşdirilmiş təbii qaz kompleksinə zərbə endirib

19 Mar 2026 00:54 3 baxış
IMG

İran qoşunları Bəhreyndəki mayeləşdirilmiş təbii qaz (MTQ) istehsalı zavoduna raket zərbəsi endirib.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

"Bəhreyndə Amerikanın maraq obyekti hesab edilən MTQ istehsalı zavodu güclü raket zərbələrinə məruz qalıb və zərbə endirilməsi indiyədək davam edir", - məlumatda bildirilib.

Dəqiqləşdirilib ki, həmin obyekt Bəhreynin adalarından birini Səudiyyə Ərəbistanı ilə birləşdirən körpünün yaxınlığında yerləşir. Agentliyin məlumatına görə, zavoddakı partlayış nəticəsində körpü də ciddi şəkildə zədələnib.

Xəbər lenti