IMG-LOGO

İran parlamentinin sədri münaqişədə yeni mərhələnin başladığını bildirib

18 Mar 2026 22:14 4 baxış
IMG

İranın qaz infrastrukturuna endirilən zərbələr regiondakı münaqişənin yeni mərhələsinin başlanğıcı olub.

"Report" xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, infrastruktur obyektlərinə zərbələr endirməklə düşmən döyüş meydanındakı uğursuzluqlarını ört-basdır etməyə çalışır.

"Bu onlar üçün intihara bərabərdir. "Gözə göz" prinsipi qüvvəyə minib və münaqişə yeni səviyyəyə keçib", - Qalibaf yazıb.

Çərşənbə günü İsrail və ABŞ tərəfindən endirilən zərbələr nəticəsində "Cənub Pars" qaz yatağının bir sıra obyektlərində yanğınlar baş verib.

Xəbər lenti