IMG-LOGO

Əraqçi ilə Kallas müharibənin region və dünya üçün nəticələrini müzakirə ediblər

18 Mar 2026 22:44 4 baxış
IMG

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və İranın xarici işlər naziri Abbas Əraqçi telefon danışığı zamanı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı nəticəsində regionda hadisələrin inkişafını, eləcə də onun region və bütün dünya üçün nəticələrini müzakirə ediblər.

Bu barədə "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir.

"İranın xarici işlər naziri ABŞ və İsrailin xəstəxanalara, məktəblərə, infrastruktura və yaşayış binalarına endirdiyi zərbələrdən danışıb, bütün dövlətlərin bu cinayətləri pisləmək məsuliyyətini xatırladıb və vurğulayıb ki, İran öz ərazi bütövlüyünü və milli suverenliyini bütün mövcud qüvvələri ilə qorumaq niyyətindədir", - məlumatda bildirilib.

Əraqçi bəzi Avropa ölkələrinin və Avropa İttifaqının yüksək vəzifəli rəsmilərinin İrana qarşı hərbi əməliyyata dair ikili yanaşmasını kəskin tənqid edib, ABŞ və İsrail tərəfindən qanunun açıq şəkildə pozulmasına göstərilən hər hansı dəstəyin və ya buna göz yummağın onların hərəkətlərinə şərik olmağa bərabər olacağını bildirib.

Xəbər lenti