IMG-LOGO

Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar

18 Mar 2026 16:47 4 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenskinin və İspaniyanın Baş naziri Pedro Sançesin iştirakı ilə bir sıra əməkdaşlıq sazişləri imzalanıb.

"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisindən bildirilib.

Qeyd edək ki, hökumətlər arasında texniki və maliyyə əməkdaşlığı haqqında saziş, İspaniya və Ukraynanın müdafiə nazirlikləri arasında İspaniyada birgə istehsal barədə anlaşma memorandumu, Avropa İttifaqı və İspaniya əməkdaşlığı Xarici İşlər Nazirliyinin (XİN) diplomatik məktəbi ilə Ukrayna XİN-in diplomatik akademiyası arasında anlaşma memorandumu, "Ukrzaliznıtsya" və "Tria" arasında dəmir yolu nəqliyyatı sahəsində mühəndislik layihələrinin və sınaq işlərinin həyata keçirilməsinə dair müqavilə imzalanıb.

Xəbər lenti