IMG-LOGO

Baş konsul: Çanaqqalada, Qurtuluş müharibəsində, Qarabağda böyük zəfərlər qazanmışıq

18 Mar 2026 11:45 5 baxış
IMG

Çanaqqalada, Qurtuluş müharibəsində, Qarabağda böyük zəfərlər qazanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Çanaqqala Zəfərinin 111-ci ildönümü münasibətilə təşkil olunan mərasimdə jurnalistlərə açıqlamasında deyib.

O, Çanaqqala savaşını son 111 ildə dünyanın ən mühüm hadisələrindən biri kimi dəyərləndirib:

"Bu zəfər təkcə türk tarixinə deyil, dünya tarixinə böyük təsir göstərib. Çanaqqala şəhidlərinin göstərdiyi qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq bizim ən vacib məsuliyyətimizdir. Bu səbəbdən, belə mərasimlərə çox böyük önəm veririk. Ümumiyyətlə, torpağına, kökünə sahib çıxan xalqların hər zaman uğurlu olduğunu görülüb. Türkiyə və Azərbaycan bunun gözəl nümunələridir. Çanaqqalada, Qurtuluş müharibəsində, Qarabağda böyük zəfərlər qazanmışıq. İnşallah Türkiyə və Azərbaycan bundan sonra da hər zaman bir-birinin yanında olacaq".

Xəbər lenti