İki gün əvvəl "Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardidən rəsmi olaraq boşanan Vanda Nara ayrılıqdan sonra Maldiv adalarına gedib. Məşhur yeni sevgilisi ilə tətili ilə diqqət çəkib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, boşanma xəbərindən sonra Maldiv adalarına gedən Vanda Naranın yeni sevgilisi ilə vaxt keçirdiyi bildirilir. Sosial mediada paylaşılan şəkillər tez bir zamanda trend mövzusuna çevrilib və bir çoxları Naranın boşanma sonrası tətilini "boşanma şənliyi" kimi şərh edib.
Uzun və gərgin münasibətləri olan Mauro İkardi və Vanda Nara 3 gün əvvəl rəsmi olaraq evliliklərinə son qoyublar. Naranın ayrıldıqdan dərhal sonra yeni sevgilisi ilə Maldiv adalarına səyahəti tabloidlərdə ajiotaj yaradıb.
Vanda Nara Mauro İkardi
