IMG-LOGO

“Tottenhem”dən “bomba” transfer: 85 milyon funtluq razılaşma

21 Aug 2026 12:35 3 baxış
IMG
1 0

“Tottenhem” “Mançester Siti”nin braziliyalı cinah hücumçusu Savinyonu transfer etmək üçün razılığa gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 22 yaşlı futbolçu üçün 75 milyon funt sterlinq ödəyəcək. Müqavilədə əlavə bonuslarla bu məbləğin 85 milyon funta yüksəlməsi nəzərdə tutulur.

Savinyonun yaxın vaxtlarda tibbi müayinədən keçərək “Tottenhem”lə uzunmüddətli müqavilə imzalayacağı gözlənilir. London təmsilçisi ötən yay da braziliyalını transfer etmək istəsə də, futbolçu “Mançester Siti”də qalmağa üstünlük vermişdi.

Pep Qvardiolanın komandasında ötən mövsüm kifayət qədər oyun vaxtı qazanmayan Savinyo Premyer Liqada cəmi 7 qarşılaşmaya start heyətində çıxıb.

Roberto De Zerbinin rəhbərlik etdiyi “Tottenhem” bu transferlə yay xərclərini 300 milyon funtdan yuxarı qaldıracaq. Klubun “Mançester Siti”nin digər hücumçusu Ömər Mərmuşla danışıqları da davam etdirdiyi bildirilir.

 

Savinyo Tottenham Tottenhem Mançester Siti Premyer Liqa futbol transfer xəbərləri Pep Qvardiola Roberto De Zerbi Ömər Mərmuş Braziliya İngiltərə futbolu

Mənbə: lent.az

Xəbər lenti