IMG-LOGO

Müğənni məktəb illərindən fotosunu paylaşdı: “Havalı qız”

21 Aug 2026 11:54 2 baxış
IMG
2 0

Türkiyəli məşhur müğənni Gülben Ergen sosial şəbəkədə illər əvvələ aid fotosunu paylaşıb.

Lent.az xəbər verir ki, 53 yaşlı sənətçi orta məktəb illərində çəkilmiş fotosunu “Instagram” hesabında yayımlayıb. Ergen gənclik görüntüsünün üzərinə “Məktəbin havalı qızı, məktəbli Gülben” sözlərini yazıb.

Son dövrlərdə üz gəncləşdirmə prosedurları və sosial şəbəkədə ödənişli abunə sistemi ilə gündəmə gələn müğənni bu dəfə arxivindən çıxardığı foto ilə diqqət çəkib.

Gülben Ergenin illər əvvəlki görünüşü sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Gülben Ergen müğənni məktəb

Mənbə: lent.az

Xəbər lenti