IMG-LOGO

"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 20 %-ə yaxın azalıb

15 Jan 2026 14:00 4 baxış
IMG

"Yapı Kredi Bank Azərbaycan" QSC 2025-ci ili 9,975 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 19,4 % azdır.

Ötən il "Yapı Kredi Bank Azərbaycan"ın gəlirləri 81,705 milyon manat (əvvəlki ilə nisbətən 13,4 % çox), xərcləri 60,265 milyon manat (15,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 9,704 milyon manat (2,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,762 milyon manat (54,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 792,728 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,5 % çoxdur. Bunun 435,768 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 50,4 % böyüyüb.

Hesabat dövründə "Yapı Kredi Bank Azərbaycan"ın öhdəlikləri 7,9 % artaraq 669,155 milyon manat, o cümlədən depozit portfeli 1,3 % azalaraq 527,743 milyon manat, balans kapitalı isə 12,4 % artaraq 123,573 milyon manat olub.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Xəbər lenti