IMG-LOGO

Rusiya Zaporojye və Xersona zərbələr endirib, yaralılar var

16 Mar 2026 11:25 3 baxış
IMG

Rusiya qoşunlarının Ukraynanın Xerson və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində 11 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-i Vilayət Hərbi Administrasiyalarının rəhbərlərinə istinadən məlumat yayıb.

Zaporojye vilayət hərbi administrasiyasının rəisi İvan Fyodorov bildirib ki, Zaporojyenin bombalanması nəticəsində 6 nəfər xəsarət alıb.

Eyni zamanda, Xerson Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Prokudin qeyd edib ki, hücumlar nəticəsində beş mülki şəxs yaralanıb.

Xəbər lenti