IMG-LOGO

Tramp: Hörmüz boğazında ABŞ-yə kömək etməsə, NATO-nu çox pis gələcək gözləyir

16 Mar 2026 03:29 2 baxış
IMG

Şimali Atlantika Alyansına üzv dövlətlər Hörmüz boğazının blokadadan çıxarılmasında ABŞ-yə kömək etməsələr, NATO-nu "çox pis gələcək" gözləyir.

"Report" xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində bildirib.

"Əgər [Hörmüz boğazındakı səylərə qoşulmaq çağırışına] cavab gəlməsə və ya bu cavab mənfi olsa, düşünürəm ki, bu, NATO-nun gələcəyinə çox pis təsir edəcək", - Ağ Ev rəhbəri bildirib.

Daha əvvəl "The Wall Street Journal"Donald Trampın administrasiyasının gələn həftə Hörmüz boğazından keçən ticarət gəmilərini müşayiət etmək üçün beynəlxalq koalisiyanın yaradıldığını elan etmək niyyətində olduğunu yazmışdı.

Xəbər lenti