IMG-LOGO

İsrail ordusu bir gündə İranda 200-dən çox obyektə hücum etdiyini açıqlayıb

16 Mar 2026 00:28 3 baxış
IMG

İsrail Hərbi Hava Qüvvələri (HHQ) gün ərzində İranın qərbində və mərkəzi hissəsində 200-dən çox müxtəlif obyektə hücum edib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, əsas hədəflər raket qurğuları və hava hücumundan müdafiə sistemləri olub.

Bildirilib ki, komandanlıq mərkəzləri, silah anbarları və istehsal müəssisələri də zərbələrə məruz qalıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti