Şimal yarımkürəsində ilin ən uzun gecəsi olan 21 dekabr qışın başlanğıcı hesab olunur.
Lent.az xəbər verir ki, ölkəmiz də daxil olmaqla, Şimal Yarımkürəsində ilin ən uzun gecəsindən sonra günlər yenidən uzanmağa başlayıb.
Günəş şüalarının Oğlaq Tropikinə düz bucaq altında düşdüyü zaman baş verən qış gündönümü astronomik olaraq qışın başlanğıcı hesab olunur.
Bu tarixdə günəş şüaları Şimal Yarımkürəsinə ilin ən dar bucağından çatır, Cənub Yarımkürəsində isə yayın başlanğıcı və ilin ən uzun günüdür.
Mütəxəssislərin fikrincə, 21 dekabrdan etibarən, günəş səmanın ən cənub nöqtəsinə çatdıqdan sonra günlər yenidən uzanmağa başlayacaq və Şimal yarımkürəsində gecələr qısalacaq.
Bu proses 21 mart yaz bərabərliyinə qədər davam edəcək. Qış gündönümü ilə birlikdə günəş şüalarının atmosferdən keçdiyi yolun uzanması enerji itkisinin artmasına və Şimal yarımkürəsində temperaturun azalmasına meylli olmağa səbəb olur.
qış şimal yarımkürəsi