IMG-LOGO

ABŞ-nin daimi nümayəndəsi İranda quru əməliyyatının keçirilməsini mümkün hesab edib

16 Mar 2026 00:00 2 baxış
IMG

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts zərurət yaranacağı təqdirdə, Pentaqonun məhdud quru əməliyyatı keçirməsi ehtimalını mümkün sayıb.

"Report" xəbər verir ki, bu barədə Amerika administrasiyasının nümayəndəsi "Fox News" telekanalı ilə söhbətində bildirib.

"Əgər prezidentə [ABŞ Prezidenti Donald Trampa] məqsədyönlü, məhdud ssenarini işə salmaq lazım gələrsə, heç bir şübhəm yoxdur ki, Pentaqon onu [belə bir imkanla] təmin edə biləcək", - deyə Uolts vurğulayıb.

Bununla belə, daimi nümayəndə işarə edib ki, Birləşmiş Ştatların İrana qarşı mümkün hərbi əməliyyatları 2003-cü ildə İraqda baş verənlərə bənzər genişmiqyaslı müdaxiləyə çevrilməyəcək.

"Qəti olaraq Tehranda buna bənzər heç nə baş verməyəcək", - o bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti