IMG-LOGO

Ağ Ev İrana qarşı əməliyyatın əlavə maliyyələşdirilməsi məsələsini nəzərdən keçirəcək

15 Mar 2026 22:16 2 baxış
IMG

Ağ Ev administrasiyası İrana qarşı hərbi əməliyyatın davam etdirilməsi üçün əlavə vəsait tələbi ilə ABŞ Konqresinə müraciət etməyə ehtiyac olub-olmadığını təhlil etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset "CBS" telekanalının efirində çıxışı zamanı bildirib.

"Hesab edirəm ki, hazırda biz bütün zəruri vasitələrə sahibik. Düşünürəm ki, Ağ Evin İnzibati-Büdcə İdarəsi və [onun rəhbəri] Rassel Vout hərbi əməliyyatlarla əlaqədar Konqresə yenidən müraciət etməyimizin lazım olub-olmayacağı məsələsini araşdıracaqlar. Hər hansı əlavə resurslara ehtiyacımız olacağı dəqiq deyil", - deyə o, İran əməliyyatı üçün qanunvericilərdən əlavə ayırmaların istənilməsi ehtimalı ilə bağlı məsələni şərh edib.

Hassetin sözlərinə görə, ona ABŞ-nin İrana qarşı əməliyyat xərclərinin artıq təqribən 12 milyard dollar təşkil etdiyini bildiriblər. Bununla belə, o bu xərclərin məhz hansı dövr ərzində çəkildiyini dəqiqləşdirməyib.

"The New York Times" qəzetinin 11 mart tarixli məlumatına görə, Vaşinqton administrasiyası sözügedən əməliyyatın başladığı andan etibarən ilk altı sutka ərzində Birləşmiş Ştatların bu əməliyyata ən azı 11,3 milyard dollar xərclədiyi barədə konqresi məlumatlandırıb.

Xəbər lenti