IMG-LOGO

KİV: Raket qalıqları ABŞ-nin Qüdsdəki konsulunun iqamətgahına düşüb

15 Mar 2026 16:45 3 baxış
IMG

İranın vurulan raketinin qalıqları ABŞ-nin İsraildəki konsulunun iqamətgahına düşüb.

"Report" xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

"Amerikalı konsulun İsraildə yaşadığı bina dünən Qüds istiqamətində atılan raketlərin qalıqlarının düşməsinə görə zədələnib", - məlumatda bildirilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Nəticədə ölkənin ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli məmurlar öldürülüb. Bundan sonra İran təkcə İsraildə deyil, həm də ABŞ və onun müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi ölkələrdə - Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti