ABŞ-dan olan bir həkim iddia edir ki, milyonlarla insanın tez-tez yediyi bir meyvə əslində sağlamlıq üçün zərərli ola bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hüceyrə sağlamlığı üzrə mütəxəssis doktor Daniel Pompa meyvə ilə bağlı bir qədər mübahisəli fikirlər səsləndirilib.
Adətən çoxlu meyvə və tərəvəz yemək, xüsusilə də qidalanmaya bol yaşıl tərəvəzlər daxil etmək sağlamlıq üçün faydalı hesab olunur. Ancaq həkimin sözlərinə görə, bu fikir bir məşhur meyvəyə aid olmaya bilər.
Dünyada görünüşcə dadlı olsa da, insan üçün zəhərli olan bir çox meyvə var. Lakin söhbət onlardan getmir.
Həkimin fikrincə, bu meyvə banandır. Banana çoxları gündəlik qidalanmada, xüsusilə də yolda və ya işdə tez yeyilən qəlyanaltı kimi üstünlük verir.
Doktor Pompa banan haqqında olduqca sərt mövqe bildirib: “Məncə, bu, yeyə biləcəyimiz ən təhlükəli meyvədir. Hətta düşünürəm ki, bu, sağlam deyil, amma valideynlər bunu uşaqlarına verirlər”.
Bir çox insan bunun səbəbini bananın tərkibindəki yüksək şəkər miqdarı ilə əlaqələndirə bilər. Lakin həkimə görə, əsas səbəb bu deyil.
Onun sözlərinə görə, məsələ daha çox bananın necə yetişdirilməsi ilə bağlıdır. Doktor Pompa iddia edir ki, bananlar “fungisidlər baxımından çox zəngindir”. Bu maddələr kənd təsərrüfatında bananları böyümə zamanı göbələk xəstəliklərindən qorumaq üçün istifadə olunur.
Həkim bildirib: “Bananlar çoxlu miqdarda fungisidlərlə və etilen adlanan maddə ilə püskürdülür. Bu maddə yetişmə prosesini başlatmaq üçün istifadə olunur və bütün bunlar nəticədə bananın içinə, sonra isə bizim orqanizmimizə daxil olur”.
Etilen bitki hormonudur. Hormonlar isə canlı orqanizmlərin bədənlərinə müəyyən prosesləri başlatmaq üçün siqnal verən kimyəvi maddələrdir.
Etilen sənayedə də istifadə olunur, lakin o, eyni zamanda bir çox bitkilərdə təbii şəkildə də mövcuddur. Bəzən bitkilərə yarpaqlarını tökmək siqnalı verir, meyvələrdə isə yetişmə prosesinin başlamasına səbəb olur.
meyvə banan