IMG-LOGO

Ucuz smartfon "adapter"lərinin əsas tələsi - Mütəxəssislər izah etdi

02 Mar 2026 10:54 4 baxış
IMG
0 0

Bir çox istifadəçi görür ki, bəzi şarj adapterləri çox ucuz qiymətə satılır, digərləri isə xeyli bahadır. Mütəxəssislərin sözlərinə görə, qiymət fərqi təkcə brendlə bağlı deyil, əsas məsələ təhlükəsizlik və komponent keyfiyyətidir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bütün qeyri-orijinal adapterlər avtomatik olaraq keyfiyyətsiz sayılmır.

Bazarda etibarlı istehsalçıların münasib qiymətli modelləri mövcuddur və 2026-cı ildə yaxşı adapter almaq üçün mütləq böyük məbləğ xərcləmək lazım deyil. Lakin həddindən artıq ucuz məhsullar çox vaxt ciddi kompromislər deməkdir.

Ucuz adapterlər niyə təhlükəlidir?

Əsas səbəb əsas komponentlərə qənaət edilməsidir. Büdcə seqmentində olan bəzi istehsalçılar keyfiyyətsiz materiallardan istifadə edir, yığım prosesini sadələşdirir, qoruma mexanizmlərini nəzərə almır və keyfiyyətə nəzarəti minimuma endirirlər.

Nəticədə belə adapterlər təkcə tez sıradan çıxmır, həm də həm smartfon, həm də istifadəçi üçün risk yarada bilər. Həddindən artıq qızma, qısaqapanma və batareyanın zədələnməsi kimi hallar mümkündür. Buna görə mütəxəssislər minimal qiymətə aldanmamağı və yoxlanılmış məhsullara üstünlük verməyi tövsiyə edirlər.

Telefon üçün adapter seçərkən nələrə diqqət edilməlidir?

İlk növbədə sertifikatlara baxmaq vacibdir. Məsələn, UL (Underwriters Laboratories) və ya USB-IF kimi sertifikatlar məhsulun təhlükəsizlik standartlarına uyğun olduğunu təsdiqləyir. Bu cür nişanələr adətən qablaşdırmada və ya məhsul təsvirində göstərilir.

Bundan əlavə, smartfonun güc tələblərini nəzərə almaq lazımdır. Sürətli enerji yığımı üçün bir çox modelə ən azı 18 Vt güc tələb olunur. USB portlarının müxtəlif növləri fərqli enerji ötürmə imkanına malikdir. Uyğun olmayan adapter ya çox zəif işləyəcək, ya da ümumiyyətlə normal enerji yığımı təmin etməyəcək.

Mütəxəssislər USB Power Delivery texnologiyasını dəstəkləyən adapterləri daha üstün hesab edirlər. Bu texnologiya 240 Vt-a qədər güc ötürə bilir və müasir smartfonlar, planşetlər və hətta noutbuklar üçün uyğundur.

Ekspertlər həmçinin xatırladırlar ki, istifadəçilərin ən çox etdiyi səhvlərdən biri telefonu gecə boyu şarjda saxlamaqdır. Bu, uzunmüddətli perspektivdə batareyanın ömrünü azalda bilər.

Əgər smartfon normal enerji yığmırsa, səbəb bəzən adapter deyil, çirkli və tozlanmış şarj portu ola bilər. Bu halda portun diqqətlə təmizlənməsi problemi həll edə bilər.

Telefon texno

Xəbər lenti