IMG-LOGO

Bu rayonda 800 evin qazı kəsiləcək

11 Mar 2026 15:26 3 baxış
IMG
0 0

Martın 12-də saat 10:00-dan etibarən Masallı rayonunun Banbaşı və Yeyənkənd kəndləri daxil olmaqla ümumilikdə 800-ə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Lent.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Banbaşı-Yeyənkənd kəndlərini təbii qazla təchiz edən ortatəzyiqli kəmərdə aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə təmir-bərpa işlərinin aparılmasıdır.

Masallı rayonu təbii qaz

Xəbər lenti