IMG-LOGO

Məcnun Məmmədov: "Aqrar sektorun rəqəmsallaşdırılması yeni mərhələyə qədəm qoyur"

11 Mar 2026 14:16 3 baxış
IMG

Azərbaycanda kənd təsərrüfatı sektorunun rəqəmsallaşdırılması yeni mərhələyə qədəm qoyur.

"Report" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə bildirib.

Nazir qeyd edib ki, müasir dövrdə ərzaq təhlükəsizliyi yalnız daxili istehsalla məhdudlaşmır: "ABŞ və Niderland kimi inkişaf etmiş ölkələr hər il milyardlarla dollar dəyərində məhsul idxal edirlər. Ərzaq təhlükəsizliyi bəzi inkişaf etmiş ölkələr üçün iqtisadi səmərəlilik və minimal risklərlə tədarük zənciri qurmaq məntiqinə əsaslanır. Bu, həm ticarət, həm də istehsal siyasətinin birgə vəhdətindən irəli gəlir".

M.Məmmədov xatırladıb ki, Azərbaycanda kənd təsərrüfatında süni zəka modullarının işlənilməsinə 2024-cü ilin sonundan başlanılıb: "Artıq 600 fermerdən toplanmış datalar əsasında ilkin sınaqlar həyata keçirilir. Hazırda nəzərdə tutulan 33 moduldan 9-u test mərhələsindədir. Dünyada kənd təsərrüfatında süni intellektin tətbiqi əsasən korporativ səviyyədədir. Dövlət səviyyəsində bu cür sistemli mexanizmlər yalnız Avstraliya və Yeni Zelandiyada qismən mövcuddur".

Xəbər lenti