Eskalasiya başlayandan bəri Livan ərazisinə endirilən İsrail zərbələrinin qurbanlarının sayı 570 nəfərə çatıb.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrailin ölkə ərazisinə hücumları zamanı azı 570 nəfər ölüb, 1444 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bundan əlavə, qeyd edilib ki, təkcə ötən sutka ərzində 84 nəfər zərbələrin qurbanı olub, 131 nəfər isə yaralanıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.