İsrail Müdafiə Ordusu İran ərazisindəki və Livanın paytaxtı Beyrutdakı hədəflərə genişmiqyaslı silsilə zərbələr endirməyə başlayıb.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirilib.
İran və iranyönümlü hərbi infrastruktur obyektləri zərbələrə məruz qalıb.
Bununla paralel olaraq, İsrail Silahlı Qüvvələri Beyrutun cənub ətraflarında yerləşən Livanın "Hizbullah" hərəkatının infrastrukturuna hücum edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.