IMG-LOGO

Məcnun Məmmədov: "Azərbaycan məhsullarının Avropaya ixracı üçün sertifikatlaşdırma xərcləri maliyyələşdiriləcək"

11 Mar 2026 14:59 4 baxış
IMG

Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxması üçün sertifikatlaşdırma və rəqabətqabiliyyətlilik əsas şərtdir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın Avropaya ixrac etdiyi məhsulların ilk beşliyində iki Avropa ölkəsi - Almaniya və İtaliya yer alır: "Bu ölkələrə ixracda əsas payı isə fındıqçılıq məhsulları təşkil edir".

M. Məmmədov vurğulayıb ki, Avropa bazarına daxil olmaq üçün rüsum və daxili bazarın qorunması məsələləri hələ də aktualdır: "Avropa İttifaqı öz bazarlarını və maraqlı olduğu məhsulları qoruyur. Azərbaycandan ixrac olunan məhsullar arasında yalnız Avropanın ehtiyacı olan məhsullar rüsumdan azaddır. Digər məhsullar isə rüsuma cəlb olunduğu üçün rəqabətədavamlılıq baxımından çətinliklər yaranır. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulması bu sahədə müəyyən dəyişikliklərə yol aça bilər".

Nazir həmçinin bildirilib ki, təkcə Avropa deyil, Çin, Yaxın və Uzaq Şərq bazarlarına çıxış üçün beynəlxalq sertifikatlaşdırma mütləq faktordur: "Sertifikatların alınması prosesini maliyyələşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan qadınlar üçün və sertifikat almaq üçün dövlət tərəfindən həm prosesin gedişatı, eyni zamanda daha yuxarı subsidiya nisbəti ilə maliyyələşməsi nəzərdə tutulur".

Xəbər lenti