IMG-LOGO

Yerlan Akkenjenov: "Qazaxıstan bu il BTC ilə 2,2 milyon tona yaxın neft ixrac etməyi planlaşdırır"

11 Mar 2026 13:35 3 baxış
IMG

Qazaxıstan 2026-cı ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə dünya bazarlarına 1,5 milyon tondan 2,2 milyon tona qədər neft ixrac etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov məlumat verib.

"Bu il Azərbaycana minimum 1,5 milyon ton, maksimum isə 2,2 milyon ton neft tədarük edəcəyik", - nazir qeyd edib.

Onun sözlərinə görə, 2026-cı ildə Qazaxıstanda neft hasilatının 96-98 milyon ton səviyyəsində olması planlaşdırılır.

Xatırladaq ki, 2025-ci ildə Qazaxıstan BTC neft kəməri ilə 1,2 milyon ton neft ixrac edib.

Xəbər lenti