IMG-LOGO

Bəhreyn hökuməti aviaşirkətin təyyarələrini alternativ hava limanlarına yönləndirib

11 Mar 2026 13:38 4 baxış
IMG

"Gulf Air" milli aviaşirkəti Yaxın Şərqdəki eskalasiya səbəbindən hava donanmasının əhəmiyyətli hissəsini Bəhreynin beynəlxalq hava limanından köçürüb.

"Report"un məlumatına görə, bu barədə krallığın Nəqliyyat və Telekommunikasiyalar Nazirliyinin məlumatında deyilir.

"Gulf Air"in bir sıra təyyarələri, eləcə də bir neçə yük təyyarəsi təsdiq edilmiş operativ tədbirlər çərçivəsində sərnişinsiz olaraq yeni yerləşmə məntəqələrinə köçürülüb. Bu addım donanmanın istismar hazırlığının artırılmasına və hava əməliyyatlarının fasiləsizliyinin təmin edilməsinə yönəlib. Şərait imkan verərsə, alternativ hava limanlarından məhdud repatriasiya reyslərinin həyata keçirilməsi mümkündür, belə ki, hakimiyyət hadisələrin inkişafını izləməyə davam edir", - məlumatda qeyd olunub.

10 mart tarixində aviaşirkət regional hava məkanının qısamüddətli açılması zamanı təxminən 10 təyyarəni daha təhlükəsiz yerlərə köçürüb. Təyyarələrin əksəriyyəti Səudiyyə Ərəbistanının hava limanlarına göndərilib.

Xəbər lenti