IMG-LOGO

Kür çayına 4 000 ədəd çəkikimi balıq körpələri buraxılıb

11 Mar 2026 12:43 4 baxış
IMG

Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzi Kür çayının Salyan rayonundan keçən hissəsində bioloji müxtəlifliyin qorunması, balıq ehtiyatlarının artırılması və çay ekosisteminin bərpası məqsədilə çəkikimi balıqların çaya buraxılışını həyata keçirib.

"Report" nazirliyə istinadən xəbər verir ki, tədbir çərçivəsində çəkisi 50–100 qram aralığında olan 4 000 ədəd balıq körpəsi çaya buraxılıb. Balıqlar Mərkəzin tabeliyində fəaliyyət göstərən balıqartırma müəssisələrində yetişdirilib.

Mərkəz daxili su hövzələrində balıq ehtiyatlarının bərpasına yönəlmiş balıq buraxılışı tədbirlərini davam etdirməyi nəzərdə tutur. Bu proses su hövzələrinin bioloji balansının qorunmasına və təbii balıq populyasiyalarının gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Xəbər lenti