IMG-LOGO

Bakıda ödənişli xidmətlərin ümumi dəyəri 10 %-ə yaxın artıb

10 Mar 2026 10:31 8 baxış
IMG

Bu ilin yanvar ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 739,7 milyon manat olub.

Bu barədə "Report"a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2025-cü ilin ilk ayı ilə müqayisədə real ifadədə 9,7 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 636,5 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 86,1 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,6 % artaraq 1 milyard 264,1 milyon manat olub.

Xəbər lenti