IMG-LOGO

Qrossi: İran uranının əhəmiyyətli hissəsi İsfahandadır

10 Mar 2026 00:44 3 baxış
IMG

İranın 60%-ə qədər zənginləşdirilmiş uranının demək olar ki, yarısı İsfahandakı tunel kompleksində saxlanılır.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Atom Eenerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi bildirib.

Onun fikrincə, İsfahandakı uran, demək olar ki, nüvə silahı hazırlamağa imkan verən səviyyədədir.

Qrossi bildirib ki, bu tunel kompleksi ötən ilin iyununda İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə endirilən zərbələr nəticəsində ciddi ziyan görməmiş yeganə obyektdir.

Qeyd edək ki, diplomatlar uzun müddətdir İsfahanın 60%-ə qədər zənginləşdirilmiş uranın saxlanması üçün istifadə edildiyini deyirdilər. AEBA ötən ay üzv dövlətlər üçün hesabatında bunu təsdiqləyib, lakin orada məhz hansı həcmdə materialın olduğunu dəqiqləşdirməyib.

Xəbər lenti