IMG-LOGO

U-23 Avropa çempionatı: Vasif Bağırov və Səbuhi Əmiraslanov finala yüksəlib

09 Mar 2026 23:43 2 baxış
IMG

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, çempionatın ilk günündə Azərbaycan güləşçilərindən Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq) finala yüksəliblər.

Musa Ağayev (65 kq), Zəfər Əliyev (97 kq) bürünc medal uğrunda güləşəcəklər.

Ramik Heybətov (70 kq) isə təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Xəbər lenti