IMG-LOGO

Paşinyan Fransaya işgüzar səfərə gedib

09 Mar 2026 22:18 2 baxış
IMG

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, martın 10-da Parisdə Nüvə Enerjisi Sammitinə qatılacaq, martın 11-də isə Strasburqa səfər edəcək.

Qeyd olunur ki, Ermənistanın Baş naziri Avropa Parlamentində (AP) çıxış edəcək. Səfər çərçivəsində Paşinyan AP-nin sədri Roberta Metsola ilə görüşəcək.

Xəbər lenti