IMG-LOGO

BƏƏ-də helikopter qəzasında iki hərbçi həlak olub

09 Mar 2026 19:25 2 baxış
IMG

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu texniki nasazlıq səbəbindən helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

"Report" xəbər verir ki, bu barədə ərəb dövlətinin Müdafiə Nazirliyi məlumat yayıb.

"Müdafiə Nazirliyi martın 9-u, bazar ertəsi dövlət ərazisində öz vəzifə borclarını yerinə yetirərkən texniki nasazlıq səbəbindən helikopterin qəzaya düşməsi nəticəsində silahlı qüvvələrin iki hərbi qulluqçusunun həlak olduğunu bildirir", - qurumun "X"-dəki bəyanatında qeyd olunub.

Hadisə ilə bağlı əlavə məlumat verilmir.

Xəbər lenti