IMG-LOGO

Aleksandr Sırski: Ukrayna cəbhədə təşəbbüsü ələ keçirməyə çalışır

09 Mar 2026 16:48 2 baxış
IMG

Ukrayna Müdafiə Qüvvələri cəbhə xətti boyu operativ təşəbbüsü Rusiya hərbçilərindən ələ keçirməyə çalışır.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski işgüzar müşavirənin və silahlı qüvvələrin fevral ayındakı fəaliyyətinin yekunlarına əsasən bildirib.

"Aleksandrovsk istiqamətində əks-hücum əməliyyatını davam etdiririk. Burada Desant-Hücum Qoşunlarının qruplaşması bir ay ərzində 285,6 kv. km ərazi üzərində nəzarəti bərpa edib. Ümumilikdə, əməliyyat başlayandan bəri Ukraynanın 400 kv. km-dən çox ərazisi üzərində nəzarət bərpa olunub", – A.Sırski sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, bir çox digər istiqamətlərdə Ukrayna Silahlı Qüvvələri fəal müdafiə ilə düşmənin qarşısını alır və bəzi yerlərdə irəliləyir.

A.Sırski əlavə edib ki, fevral ayında beynəlxalq hərbi yardımın alınması tendensiyası bir qədər yaxşılaşıb. Bununla belə, texnikanın daxil olmasının əsas mənbəyi onun öz qüvvələri hesabına bərpası və təmiri olaraq qalır – bu göstərici yanvar ayı ilə müqayisədə demək olar ki, 25% artıb.

Xəbər lenti