IMG-LOGO

İsrail və Qazaxıstan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

09 Mar 2026 15:13 3 baxış
IMG

İsrailin xarici işlər naziri Gideon Saar qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə telefon danışığı aparıb, nazirlər Yaxın Şərqdəki eskalasiyanı müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Mən onu (Koşerbayevi - red.) İrana qarşı müharibəmizdə hadisələrin inkişafı və Tehranın qonşu dövlətlərə hücumları barədə məlumatlandırdım. Həmçinin Qazaxıstanla ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu bildirdim", - G.Saar deyib.

Xəbər lenti