IMG-LOGO

Jozef Aun: İsrail hücumları davam etdirərsə, Livanda məqsədlərinə çatmayacaq

09 Mar 2026 15:18 3 baxış
IMG

Livan Prezidenti Jozef Aun bildirib ki, İsrail Livan ərazisinə zərbələr endirməyə davam edərsə, "Hizbullah" qruplaşmasına qarşı qoyulmuş vəzifələri yerinə yetirə bilməyəcək.

"Report" xəbər verir ki, bu barədə "The National" nəşrinə istinadən "İnterfaks" məlumat yayıb.

"İsrailin Beyrutun cənub rayonlarına və Beka vadisinə hücumları onun qarşıya qoyduğu məqsədlərin yerinə yetirilməsinə gətirib çıxarmayacaq. Livan dünya güclərinə və BMT-yə danışıqları bərpa etməyə, İsrailin hücumlarının dayandırılması üçün lazım olan təhlükəsizlik məsələlərini müzakirə etməyə tam hazır olduğu barədə məlumat verib", - J.Aun bildirib.

Livan prezidenti həmçinin qeyd edib ki, hakimiyyət əvvəlki kimi, ölkədə dövlət strukturlarına aidiyyəti olmayan bütün qüvvələrin ("Hizbullah" - red.) tərksilah edilməsi vəzifəsinə nail olmağa çalışacaq.

Xəbər lenti