IMG-LOGO

Florens Şmit: "Enerji daşıyıcılarının tədarükü ilə bağlı problemlər 3 ayadək davam edə bilər"

09 Mar 2026 15:47 4 baxış
IMG

Enerji daşıyıcılarının tədarükündəki kəsintilər təxminən üç ay davam edə bilər.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu "Rabobank"ın strateqi Florens Şmit bildirib.

"Bazar tədricən dərk edir ki, bütün enerji daşıyıcılarının tədarükündəki kəsintilər davamlı olacaq", - o deyib.

Agentlik qeyd edib ki, martın 9-u Avropada qazın spot qiymətləri kəskin artıb. Avropanın TTF habında ən aktiv müqavilə Bakı vaxtı ilə saat 14:17-də 17 % bahalaşıb və 1 MVt/saat üçün 72 avro səviyyəsində ticarət edilir. Daha əvvəl artım 30 %-ə çatmışdı, müqavilənin dəyəri isə 2023-cü ilin yanvarından bəri olan maksimumunu yeniləyərək 1 MVt/saat üçün 69,5 avroya (min kubmetr üçün təxminən 830 ABŞ dolları) yüksəlmişdi.

Xəbər lenti