IMG-LOGO

İtkonen: SGC Aİ-nin enerji təhlükəsizliyində mühüm rol oynamağa davam edir

09 Mar 2026 16:03 3 baxış
IMG

Azərbaycan Avropa İttifaqı (Aİ) üçün təbii qazın mühüm təchizatçısıdır və qitənin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen bildirib.

"Azərbaycan Aİ üçün təbii qazın mühüm təchizatçısıdır. Biz bu məsələ üzrə əlaqələri saxlayırıq", - o, Yaxın Şərqdəki son eskalasiyanın səbəb olduğu enerji təchizatı gərginliyi fonunda Aİ-yə yanacaq tədarükünün artırılması imkanlarının Azərbaycanla müzakirə edilib-edilməməsi ilə bağlı suala cavab verərkən bildirib.

"Məlum olduğu kimi, ötən həftə komissar Yorgensen Bakıda Cənub Qaz Dəhlizi (SGC) üzrə nazirlərin iclasında idi və aydındır ki, SGC Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır", - o qeyd edib.

Xəbər lenti