IMG-LOGO

Azərbaycanın yeniyetmə boksçuları təlim-məşq toplanışına start veriblər

09 Mar 2026 14:25 3 baxış
IMG

Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib.

"Report" xəbər verir ki, yığma hazırlığa Şamaxıda başlayıb.

Məşqçilər korpusu toplanışa U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. Məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq martın 20-də yekunlaşacaq.

Xəbər lenti