Bu ilin yanvar ayında Azərbaycan 7 milyon 74,55 min ABŞ dolları dəyərində qəhvə, çay, mate və ya paraqvay çayı, həmçinin ədviyyatlar idxal edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,9 % azdır.
Hesabat dövründə Azərbaycan həmçinin 582,35 min ABŞ dolları dəyərində qəhvə, çay, mate və ya paraqvay çayı, həmçinin ədviyyatlar ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 19,9 % çoxdur.
Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar üzrə idxal Azərbaycanın ümumi idxalının 0.54 %-ni, ixrac isə ümumi ixracın 0,03 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.
Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.