Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib.
Bu barədə "Report"a DGK-dan məlumat verilib.
Bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkəmənin qərarı əsasında Göygöl rayonunda 4 fərqli ünvandan Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmamış 8 314 qutu müxtəlif markalı tütün məmulatları və saxta aksiz markası ilə markalanmış 695 ədəd spirtli icki aşkar edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.